“DİN narkomaniya ilə mübarizə aparan ən önəmli qurumdur”
Xəbər verdiyimiz kimi, dünən “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə Heydər Əliyevin 100 illiyinə həsr edilən “Qadına şiddətə son” layihəsi çərçivəsində “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbir keçirilib.
Tədbir zamanı "Manset.az" xəbər portalının baş redaktoru Əli Vəliyev Daxili İşlər Nazirliyinin narkomaniya ilə mübarizə aparan ən önəmli qurum olduğunu bildirib. ///News24.az