Azad olunan Hüseyn Axundovun anası: "8 ay bizə 800 il oldu" - VİDEO

23:23 - 13 Dekabr 2023

Azad olunan Hüseyn Axundovun anası: \"8 ay bizə 800 il oldu\" - VİDEO

Ömürlük həbs qərarının verilməsinin üzərindən 24 saat keçməmiş Hüseynin azadlıq xəbərini alanda qanad açıb uçurdum”.

 

Manset.az xəbər verir ki, bu sözləri əsirlikdən azad olunan Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

O, övladının erməni əsarətindən azad olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Səkkiz ay bizə 800 il oldu. Hər dəfə Hüseynlə Aqşinin videolarına baxanda, məktublarını oxuyanda ömrümüzdən ömür getdi. Hər iki uşaq əsir düşdüyü gündən evlərimizdə qazan qaynamayıb. Bizim yemək bişirib yeməyə həvəsimiz olmayıb. Çünki deyirdik ki, görəsən, onlar nə yeyirlər, nə içirlər. Mən çox çay içən insanam, amma Hüseyn əsir düşən gündən çayımı heç vaxt axıra kimi içə bilməmişəm. Biz iki ana ancaq dərmanla yaşamışıq”.

Ətraflı Baku TV-nin süjetində:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az