Azay Quliyev seçici qəbulu keçirdi - FOTOLAR

19:03 - 13 Dekabr 2023

Azay Quliyev seçici qəbulu keçirdi - FOTOLAR

Bu gün deputat Azay Quliyev Binəqədi bələdiyyəsinin inzibati binasında seçiciləri qəbul edib.

 

Manset.az xəbər verir ki, qəbulda seçicilər məşğulluq, sosial təminat, əmlak, hüquqi və digər məsələlərlə bağlı onları narahat edən halları deputatın diqqətinə  çatdırıblar. Qəbulda iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Qəbulda Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az