AXCP də seçkilərdə iştirak etməyəcək

12:52 - 16 Dekabr 2023

AXCP də seçkilərdə iştirak etməyəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar prezident seçkilərində iştirak etməyəcək.

 

Manset.az xəbər verir ki, bu barədə partiyanın qurultayında AXCP sədri Əli Kərimli bildirib.

O vurğulayıb ki, partiyadaxili müzakirələr zamanı seçkilərdə iştirak etməmək barədə qərar veriblər

Qeyd edək ki, bundan öncə Müsavat Partiyası da seçkilərdə iştirak etməkdən imtina edib.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri fevralın 7-də keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az