Azərbaycanın tanınmış alimi vəfat etdi - FOTO

11:35 - 19 Dekabr 2023

Azərbaycanın tanınmış alimi vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, Azərbaycan milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Rəşid Təhməzoğlu (Quliyev) dünyasını dəyişib. Onun 84 yaşı olub.

Qeyd edək ki, R.Quliyev 30 may 1939-cu ildə Zəngəzur mahalının Qafan bölgəsinin Yuxarı Girətağ kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Alimin 82 elmi əsərindən 35-i xaricdə çap olunub.
Rəşid Təhməzoğlu həm də poetik maraq dairəsi çox geniş olan çağdaş poeziyamızın tanınmış simalarından biri idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az