"Heç kəs öz adını rəsmiləşdirə bilməz" - Əqli Mülkiyyət Agentliyi

15:17 - 19 Dekabr 2023

\"Heç kəs öz adını rəsmiləşdirə bilməz\" - Əqli Mülkiyyət Agentliyi

Bir neçə gündür bəzi media resurslarında və canlı yayımda çıxışı zamanı müğənni Şəbnəm Tapdıq həmkarı Şəbnəm Tovuzlunu onun adından istifadə etdiyinə görə məhkəməyə verəcəyi ilə bağlı açıqlamalar verib. Şəbnəm Tapdıq açıqlamasında bildirib ki, o öz adını rəsmiləşdirib və heç kəs onun adından istifadə edə bilməz. Məsələ sosial şəbəkələrdə günlərdir müzakirə olunur.

 

Manset.az məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin Müəllif Hüquq Obyektlərinin Qeydiyyatı və Hüquqi Ekspertizası şöbəsinin müdir müavini Əfsanə Mirzəzadə ilə əlaqə saxlayıb. 

O, açıqlamasında heç kəsin öz adını rəsmiləşdirməsinin mümkün olmadığını bildirib:

"Şəxsi adları kim qeydiyyatdan keçirdə bilər axı? O adı harada təsdiqlədib? Şəbnəm Tapdıq 2015-ci ildə Əqli Mülkiyyət Agentliyindən özünün 2 şeirini qeydiyyatdan keçirdib. O şeirin altında yazılıb ki, şeirin müəllifi kimdir. Şeirin sonunda təxəllüs kimi “İlk Şəbnəm” qeyd olunub. Bu əsasla o qeyd etmək istəyir ki, mən öz adımı qeydiyyatdan keçirmişəm. Halbuki, o öz adını deyil, şeirlərini qeydiyyatdan keçirdib. Tapdıqova Şəbnəm yazılıb".

"Siz özünüz fikirləşin, mənim adım Əfsanədir. Mən digərlərinə Əfsanə adını qoymağa qadağa qoya bilərəmmi? Əlbəttə ki, yox. Bu deyilənlər lətifədir, gülməlidir”.

Oxuculara Şəbnəm Tapdıqovanın əsərlərinin şəhadətnamələrini təqdim edirik:

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az