Xankəndi şəhərində ilk market "OBA" oldu – FOTOLAR

11:12 - 20 Dekabr 2023

Xankəndi şəhərində ilk market \"OBA\" oldu – FOTOLAR

Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsinin Xankəndi filialı xidmətə başlayıb.

 

Manset.az xəbər verir ki, burada yaşayan əhalinin və xidmət göstərən vətəndaşların gündəlik istehlak məhsullarına olan tələbatını ödəmək üçün “OBA” bundan sonra yaxın və qənaətli qonşu konsepsiyası ilə daimi şəkildə Xankəndidə fəaliyyətdə olacaq.

Qeyd edək ki, xalq marketi kimi tanınan “OBA” ordumuzun işğaldan azad etdiyi Xankəndi, Xocalı və Əsgəranda yaşayan əhali üçün indiyədək səyyar marketlərində satış həyata keçirirdi.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi 7000-dən çox əməkdaşı ilə əhalinin xidmətindədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az