Ziyarətgahlarda ianələrin toplanması barədə xüsusi qaydalar hazırlanır

13:18 - 21 Dekabr 2023

Ziyarətgahlarda ianələrin toplanması barədə xüsusi qaydalar hazırlanır

Ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydalar hazırlanır.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yeni qaydalar ianələrin verilməsində şəffaflığın təmin edilməsi ilə bağlıdır.
“Bununla bağlı müxtəlif ölkələrin təcrübələri öyrənilir və ianələr haqqında qaydalar qüvvəyə mindikdən sonra cəmiyyətə məlumat veriləcək”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, ianə toplandıqdan və həmin ziyarətgah öz xərclərini çıxdıqdan sonra toplanmış ianələrin internet üzərindən açıq şəkildə göstərilməsi nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az