Dəllər kəndinin sakinləri “Açıq mikrofon”da - FOTOLAR

17:28 - 21 Dekabr 2023

Dəllər kəndinin sakinləri “Açıq mikrofon”da - FOTOLAR

Həftənin sayca 4-cü “Açıq mikrofon” aksiyası Saatlı rayonunda baş tutub.

 

Manset.az xəbər verir ki, rayonun Əlisoltanlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 14 müraciət ünvanlanıb.

Aksiya keçirilən kəndin sakinlərindən 6 nəfər mikrofon önünə çıxıb. Abonentlərin müraciətləri qazın təzyiqinin bəzi hallarda zəif olmasından, qaz sayğacının dövri yoxlamadan keçirilməsindən və debitor borcun araşdırılmasından ibarət olub.

Saatlı rayonunun Dəllər kəndindən qatılan 4 nəfər isə yaşadığı kəndin qazlaşdırılmasını istəyib. Salyan RQİİ-nin rəhbər şəxsləri vətəndaşların müraciətləri ilə bağlı ətraflı məlumat verdikdən sonra aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyat aparıblar.

 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az