Bəzən insanı ölkəsinə görə tanıyarlar, bəzən də ölkəni insanına görə. İkincilər nadir şəxsiyyətlərdir və həyatları boyu öz xalqına xidmət etdikləri kimi, ölümdən sonra da bu xidməti davam edir, xüsusilə mənsub olduğu xalqı, ölkəni tanıtmaq baxımındır...
Əgər siz Sloveniyada “Azərbaycandanam” desəniz sizi tanıyacaq, hörmət edəcəklər. Çünki bu ölkədə məşhur azərbaycanlı “Mixaylo” dillər əzbəridir.
“Mixaylo” ləqəbli Azərbaycanlı partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ölümündən sonra da Azərbaycana xidmət edir, II Dünya müharibəsindən 78 il keçməsinə baxmayaraq, “Mixaylo” döyüşdüyü Avropa ölkələrində Azərbaycanın, azərbaycanlıların vizit kartlarından biridir.
Bu qürurla səfər etdiyim Sloveniyada hörmət və minnətdarlıqla qarşılanmağımda da “Mixaylo”nun payı az deyil. Ancaq Mehdi Hüseynzadənin abidəsinin qoyulduğu Maribor şəhərində heç də ürəkaçan mənzərə ilə qarşılaşmadım. Təqribən 3-4 ildir ki, qoyulan abidə faktiki baxımsız vəziyyətdədir, nə heykəlin özünün, nə də ətrafının baxımı həyata keçirilmir. “Mixaylo” unudulmuş, atılmış şəkildə oradan boylanmaqdadır.

Bu abidə 2015-ci ildə ucaldılıb. Ancaq son 4 ildir ki, abidəyə diqqət göstərən yoxdur. Qısa müddət ərzində abidənin vəziyyəti acınacaqlı hala düşüb. Bu necə ola bilər axı? Abidə açılır, təqdimat olunur, səfir dəyişir, sonra abidənin başına nə işə gəldi, hansı vəziyyətə düşdü, Azərbaycan səfirliyi üçün maraqlı deyilmi? Məhz bu səbəbdən də qürur hissi ilə Sloveniyaya səfər edən hər bir azərbaycanlı Mehdi Hüseynzadənin abidəsini görəndə xəcalət hissinə bürünəcək, əmin olun! Çünki eyni hissi mən yaşadım. Baxımsız vəziyyətdə olan abidənin ətrafını ot-alaq basıb, işıqlandırılması isə borca görə dayandırılıb. Orada olarkən, əlimdən gələni etdim, abidənin ətrafını təmizlədim, kiçik də olsa abadlaşdırmağa çalışdım...
Bu gün – 22 dekabr Mehdi Hüseynzadənin doğum günüdür, ən azı ruhunun şad olması, həm də adı dillər əzbəri olan azərbaycanlı oğulun abidəsinə baxıb, Azərbaycan haqqında pis düşünməsinlər deyə nələrsə etməyə cəhd göstərdim. Lakin bununla iş bitmir, məsələ səfirliyimiz tərəfindən nəzarətə götürülməli və təcili olaraq abidənin və ətradının abadlaşdırılması təmin edilməlidir. Həm də bundan sonra daim nəzarətdə saxlanılmaldır.

Görünür, Azərbaycan səfirliyinin başı qarışıb şəxsi məsələlərə, nə Mehdi Hüseynzadəni düşünürlər, nə də əcənəbilərin ölkəmizlə bağlı olan rəylərini. Üzləşdiyim mənzərədən çıxan nəticə budur.
Mənə ən pis təsir edən isə qonağı olduğum dostum, Sloveniya Parlamentinin keçmiş deputatı, Kunquta şəhər merinin müavini Rudi Matjasicin mənə irad bildirməsi idi. Rudi Matjasic bildirdi ki, artıq 3-4 ildir səfirlik abidə ilə maraqlanmır, elektrik enerjisinin pulu isə 4 ildir ödənilmir, borc yaranıb. Ona görə də abidənin önündəki elektron məlumat lövhəsi işləmir. Əslində, bu irad hər birimiz üçün, ümumilikdə Azərbaycan üçün söylənilib. Belə görünür ki, səfiriliyimizin yarıtmaz fəaliyyətinə görə ölkəmiz haqqında öz şəxsiyyətlərinə sahib çıxmayan imici yaranıb.
Onu da bildirim ki, Rudi Matjasic Azərbaycanı təmənnasız sevən avropalı dostlarındandır. O, indiyə qədər erməni yalanlarının ifşası və Xocalı həqiqətlərinin Avropada tanıdılması ilə bağlı Azərbaycan dövləti üçün böyük işlər görüb. Onun təşəbbüsü ilə Mərkəzi Avropada ilk və son dəfə Xocalı faciəsi terror aktı kimi parlament səviyyəsində tanınıb və pislənilib. Erməni lobbisinin güclü olduğu Avropada bu qədər cəsarətli siyasi mövqe sərgiləmək elə də asan məsələ deyil.

Rudi Matjasic mənimlə söhbətində bildirdi ki, Xocalı faciəsinin tanıdılması ilə bağlı Sloveniya Parlamentində qəbul edilən qərardan sonra erməni lobbisinin ciddi təzyiqləri ilə üzləşir. Belə bir adamın iradı da təbii ki, dost iradıdır və Azərbaycanı sevdiyi üçün o da narahatdır. Azərbaycanın böyük dostunun - Rudi Matjasicin Mehdi Hüseynzadənin abidəsinin baxımsız vəziyyətdə qalması ilə bağlı iradlarını dinləmək lazımdır. Yaxşı olardı ki, Azərbaycan səfirliyi 22 dekabrda - Mehdi Hüseynzadənin ad günündə onun abidəsinin adablıq işlərini həyata keçirməyə başlasın, utancverici mənzərəni aradan qaldırsın. Əks təqdirdə, bu təkcə səfirliyimiz üçün yox, Azərbaycanımız üçün başıucalıq gətirməyəcək.
Gördüklərimdən bir nəticəni çıxardım. Mehdi Hüseynzadənin qəhrəmanlığını əks etdirən filmdə deyildiyi kimi, “Mixaylo şəhərdədir”, amma 4 ildir ki, Azərbaycan səfirliyinin “qəbuluna düşə bilmir”.
Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru
“Mixaylo” 4 ildir Azərbaycan səfirliyinin “qəbuluna düşə bilmir”...
16:28 - 22 Dekabr 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
06 Noyabr 2026 - 14:44
Bu bölgə üzrə pensiyalar ödənildi
06 Noyabr 2026 - 21:34
Prezidentin sakinlə zarafatı - “Qonşuyuq?”
06 Noyabr 2026 - 15:55
Prezidentlə xanımı Cəbrayılda - FOTOLAR
06 Noyabr 2026 - 12:10
Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
06 Noyabr 2026 - 16:05
İlham Əliyev və xanımı Soltanlı kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR/VİDEO
06 Noyabr 2026 - 10:02
İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar
06 Noyabr 2026 - 16:13
"Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
06 Noyabr 2026 - 09:54
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
06 Noyabr 2026 - 18:34
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - FOTOLAR - YENİLƏNİB
06 Noyabr 2026 - 09:05
İnterpolla axtarılan şəxs Almaniyadan Azərbaycana gətirildi
06 Noyabr 2026 - 17:02
Türkiyədə 8 nəfərin qətli ilə bağlı qandonduran detallar üzə çıxdı
06 Noyabr 2026 - 11:13
Əcnəbilər üçün yeni dövlət rüsumları müəyyənləşdi
Xəbər xətti
- 07 Noyabr 2026
- 08:00 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya bilər
- 01:00 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə
- 00:30 Portuqaliya millisinin kapitanı kim olacaq?
- 06 Noyabr 2026
- 23:53 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:34 Putin danışıqların keçiriləcəyi tarixi və yeri təsdiqləyib
- 23:15 "Sabah" "Ordu"nu məğlub etdi
- 22:48 Sadır Japarov İlham Əliyevi təbrik etdi
- 22:33 "Neftçi" "Kəpəz"ə qalib gəldi
- 22:17 Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirildi - FOTOLAR
- 21:52 “Naxçıvan” “Azərmaş Abşeron”u 3:0 hesabı ilə məğlub etdi - FOTOLAR
- 21:34 Prezidentin sakinlə zarafatı - “Qonşuyuq?”
- 21:11 “Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
- 20:51 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
- 20:32 “Elə bilirəm yuxu görürəm, baxıram ki, deyil...”
- 20:16 "Turan Tovuz" "Qarabağ"a qalib gəldi
- 19:54 İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - FOTOLAR - YENİLƏNİB
- 19:41 Prezidentin Cəbrayıl və Zəngilan səfərindən GÖRÜNTÜLƏR
- 19:31 Kənd də dirçəldi, ağaclar da... - FOTOLAR
- 19:18 Ağstafada ailənin 3 üzvü zəhərləndi - YENİLƏNİB
- 19:00 “Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”
- 18:49 Bakıda sərnişin avtobusu qəza törətdi - Yaralılar var - FOTO
- 18:34 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - FOTOLAR - YENİLƏNİB
- 18:23 Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
- 17:55 Millidən ayrılan Emin Mahmudovdan açıqlama
- 17:51 İnfantinodan Ronaldoya vida mesajı
- 17:48 2 nəfəri öldürməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərildi
- 17:47 "Fənərbağça"da Emre Belözoğlu ilə imzalar atıldı
- 17:40 "Evdən çölə çıxmayın!" - Almaniyada kimyəvi maddə xəbərdarlığı
- 17:32 Məhkəmə ekspertləri ilə bağlı YENİ QƏRAR
- 17:25 Prokuror Kamran Əsədova cəza istədi
- 17:23 "Coğrafi sərhəd tanımadan hücum edəcəyik" - İran ordusundan ABŞ-yə hədə-qorxu
- 17:20 Esseks Universitetində Zəfər Gününün altıncı ildönümü qeyd olundu - FOTOLAR
- 17:15 "Azərenerji" və "Azərişıq" rəhbərliyinin iştirakı ilə "Zəfərdən doğan işıq” adlı tədbir keçirildi - FOTOLAR
- 17:10 Türkiyədə 8 nəfəri qətlə yetirən şəxs saxlanıldı
- 17:07 Türkiyədə yenidən zəlzələ oldu
- 17:03 Beynəlxalq axtarışda olan 2 nəfər Azərbaycana ekstradisiya edildi
- 17:02 Türkiyədə 8 nəfərin qətli ilə bağlı qandonduran detallar üzə çıxdı
- 16:57 ADU-da 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
- 16:50 Azərbaycanda güclü külək əsəcək
- 16:43 "Bu heç bir işə yaramayacaq" - Pit Heqset tənqidlərə cavab verdi
- 16:42 83 yaşlı Əlövsət Polad vəfat etdi
- 16:40 “AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - FOTOLAR
- 16:32 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirildi
- 16:27 Pakistanda sərnişin avtobusu yük maşını ilə toqquşdu - 11 ölü, 33 yaralı
- 16:20 Daha 2 kəndə içməli su verildi - FOTOLAR
- 16:13 "Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
- 16:05 İlham Əliyev və xanımı Soltanlı kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR/VİDEO
- 16:00 DYP-dən hərbçilərin yürüşü ilə bağlı AÇIQLAMA
- 15:55 Prezidentlə xanımı Cəbrayılda - FOTOLAR
- 15:54 Doğum zamanı ana ölümlərində şok statistika - Günahkar həkimdir yoxsa laqeyd pasiyent?
- 15:45 Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir - FOTOLAR