Daha 8 şəxsin namizədliyinin irəli sürülməsi təsdiqləndi

16:32 - 26 Dekabr 2023

Daha 8 şəxsin namizədliyinin irəli sürülməsi təsdiqləndi

Mərkəzi Seçki Komissiyası (MSK) daha 8 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. 

 

Manset.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. 

Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. 

Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az