Ordumuzun təminat yolları qar örtüyündən təmizlənir - VİDEO

10:47 - 28 Dekabr 2023

Ordumuzun təminat yolları qar örtüyündən təmizlənir - VİDEO

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təminat yolları qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə saxlanılır, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur.

Mühəndis təminatı üzrə tədbirlər plana uyğun olaraq növbəti ildə də davam etdiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az