Bu rayonlara qar yağır - FAKTİKİ HAVA

15:39 - 28 Dekabr 2023

Bu rayonlara qar yağır - FAKTİKİ HAVA

Bu gün saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir. 

 

Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilir ki, Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatala rayonunun yüksək dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Şəkidə 25 m/s, İsmayıllı, Ağdamda 22 m/s, Göyçayda 21 m/s, Ağstafada 20 m/s, Mingəçevirdə 19 m/s, Bərdə, Ceyrançöldə 18 m/s, Şirvanda 17 m/s, Tərtərdə 16 m/s, Zaqatala, Qəbələdə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.2  metrə çatıb. 

Hazırda Şabranda yağış, Altıağac, Qəbələ, Xaltan, Şahdağ, Qrız, Qusar, Quba, Şəki, Qaxda (Sarıbaş) qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 7-12, Aran rayonlarında 14-18, dağlıq rayonlarda 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az