Bu il Həcc ziyarəti üçün qiymətlər müəyyənləşdi

20:29 - 10 Fevral 2024

Bu il Həcc ziyarəti üçün qiymətlər müəyyənləşdi

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.

 

Manset.az xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat verib. 

Verilən məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Ziyarət üçün tələb olunan sənədlər aşağıdakılardır:

1. Ümumvətəndaş pasportu;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.

QMİ rəsmisi qeyd edib ki, sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az