Həcc ziyarəti üçün sənəd qəbulunun vaxtı və tələb olunan sənədlər AÇIQLANDI

22:08 - 10 Fevral 2024

Həcc ziyarəti üçün sənəd qəbulunun vaxtı və tələb olunan sənədlər AÇIQLANDI

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün sənəd qəbulunun vaxtını və tələb olunan sənədləri açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat verib. 

Bildirilib ki, ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu; şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.

Həmçinin, Həcc ziyarəti üçün sənədlərin qəbulu 12 fevraldan etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az