Partlayış təhlükəsi ilə bağlı yollar bağlandı

19:44 - 27 Oktyabr 2021

Partlayış təhlükəsi ilə bağlı yollar bağlandı

ABŞ Səhiyyə Nazirliyinin binasına bomba qoyulması təhlükəsi ilə bağlı ətraf küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.

Manşet.az bu barədə TASS-a istinadən xəbər verir.

Qeyd edək ki, oktyabrın 20-də Əmək Nazirliyinin binasında da bomba təhlükəsi xəbərləri ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə küçəni bağlayıb. Polis Federal Təhlükəsizlik Xidməti ilə birlikdə şübhəli paketə görə yoxlama aparıb.

Daha sonra Kapitol polisi partlayış təhlükəsinin olmadığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az