Türkiyəli iş adamı Acun Ilıcalı İngiltərə klubunun səhmlərini almaq qərarına gəlib.
Manset.az-ın saytının məlumatına görə, TV8 kanalının rəhbəri “Hall Siti”yə maraq göstərir.
52 yaşlı biznesmen Çempionşip təmsilçisini alıb, komandanı yenidən Premyer Liqaya yüksəltmək niyyətindədir. O, “narıncı-qaralar”ın səhmlərini 35,5 milyon avroya almağı planlaşdırır.
Qeyd edək ki, İngiltərədə son olaraq “Nyukasl” Səudiyyə Ərəbistanı dövlət investisiya fondu tərəfindən alınıb.
apasport.az