Türkiyədə bu gün koronavirusdan 203 nəfər vəfat Etdi

22:03 - 30 Oktyabr 2021

Türkiyədə bu gün koronavirusdan 203 nəfər vəfat Etdi

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 203 nəfər ölüb.

 

Manşet.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 344 163 nəfər test edilib, onların 23 096-nun koronavirus testi pozitiv nəticə verib. 28 632 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 210 213 peyvənd tətbiq edilib ki, bunun 89,21 faizi birinci, 78,32 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az