Çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı Artdı

21:50 - 02 Noyabr 2021

Çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı Artdı

Nigeriyanın ən böyük şəhəri Laqosda 21 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Manşet.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin sözçüsü İbrahim Farinloye agentliyə bildirib ki, dağntılar altından 9 nəfər sa-salamat çıxarılıb.

Noyabrın 1-də Laqosun dəbdəbəli İkoye rayonunda tikilməkdə olan 21 mərtəbəli bina uçub. Bundan əvvəl xilasedicilər hadisə yerinə yaxın olan bir neçə nəfəri təxliyə ediblər. Onların bəziləri ağır xəsarətlər alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az