Putinlə Vuçiç Soçidə görüşəcəklər

18:50 - 22 Noyabr 2021

Putinlə Vuçiç Soçidə görüşəcəklər

Rusiya Prezidenti Vladimir Putinlə serbiyalı həmkarı Aleksandr Vuçiç noyabrın 25-də Soçidə görüşəcəklər.

Manşet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Vuçiç özü jurnalistlərə açıqlayıb. 

“Mən Moskvaya deyil, Soçiyə gedəcəyəm”, - deyə Vuçiç bildirib. 

Qeyd edək ki, Vuçiç daha əvvəl demişdi ki, noyabrın 25-də Moskvada Putinlə görüşəcək və onunla Serbiya üçün qazın qiymətini müzakirə etməyi planlaşdırır. Onun sözlərinə görə, ilk təklif kimi Belqrad Serbiya tərəfi üçün qazın qiymətinin 1000 kubmetr üçün 780-790 dollara çatacağı bir formul alıb. Serbiya prezidenti respublikanın belə bir qiymətə tab gətirə bilməyəcəyini etiraf etmişdi.

Oktyabrın 7-də Rusiya-Serbiya hökumətlərarası komitəsinin iclasında Rusiya baş nazirinin müavini Yuri Borisov ilin sonuna qədər Rusiyadan Serbiyaya qaz tədarükünə dair uzunmüddətli sazişin bağlanacağına ümid etdiyini bildirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az