Qəzzada hərbi əməliyyatları genişləndirilə bilər  

23:45 - 03 May 2025

Qəzzada hərbi əməliyyatları genişləndirilə bilər  

İsrail Ordusu yaxın günlərdə Qəzza zolağında hərbi hücumları gücləndirməyə hazırlaşır və bu məqsədlə on minlərlə ehtiyatda olan hərbçinin səfərbər olunacağı gözlənilir.


Manset.az xəbər verir ki, əməliyyatın genişləndirilməsi barədə qərar Benyamin Netanyahunun mayın 3-də keçirdiyi hökümət iclasında qəbul olunub.

Qeyd olunur ki, döyüşlərin intensivləşdirilməsi həm beynəlxalq aləmdə, həm də İsrail daxilində Netanyahunun üzərinə artan təzyiqlər fonunda baş verəcək.

Bu təzyiqlər uzun müddətdir davam edən və çıxış yolu görünməyən HƏMAS-la müharibəyə görə daha da güclənib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv