Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində yanacaq tankerində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, aprelin 29-da baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a yüksəlib.
İlkin məlumatlara görə, sızan yanacaq tankerində baş verən partlayış nəticəsində əvvəlcə 2 nəfər ölmüş, 56 nəfər isə xəsarət almışdı. Sonrakı günlərdə vəziyyəti ağır olan yaralılardan bir neçəsi həyatını itirib.
Rəsmilərin açıqlamasına görə, yaralıların əksəriyyətinin bədəninin 70-80 faizi yanıb. Onlardan bir qismi müalicə üçün xəstəxanalara göndərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.