Tələbələri daşıyan avtobusa hücum - Ölən və yaralananlar var

11:54 - 21 May 2025

Tələbələri daşıyan avtobusa hücum - Ölən və yaralananlar var

Pakistanın cənub-qərbində hərbi məktəb şagirdlərini daşıyan avtobus hücuma məruz qalıb.


Masnset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 4 uşaq həlak olub, 30-dan çox şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum Bəlucistan əyalətində yerləşən Ordu Dövlət Məktəbinin (APS) şagirdlərini daşıyan avtobusa yönəlib. Rəsmilər avtobusun partlayıcı qurğu ilə hədəfə alındığını təsdiqləyiblər.

Hadisə ilə bağlı araşdırma aparılır. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv