Katolik kilsəsinin ruhani rəhbəri və Vatikan dövlət başçısı Papa XIV Leo, Qəzza zolağındakı humanitar vəziyyətin getdikcə daha da pisləşdiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, bölgəyə humanitar yardımların daxil olmasına icazə verilməsi və hərbi əməliyyatların dayandırılması üçün çağırış edib.
8 mayda keçirilən Konklavda Katolik kilsəsinin yeni lideri seçilən Papa XIV Leo bu vəzifəyə gəlməsindən sonra ilk dəfə olaraq ümumi qəbul mərasimini keçirib. Müqəddəs Pyotr Meydanında baş tutan çıxışında Qəzzada baş verənləri "dərin narahatlıq və ağrı doğuran bir faciə" kimi qiymətləndirib.
“Qəzza zolağında vəziyyət getdikcə daha da narahatedici və acınacaqlı hal alır,” – deyə Papa bildirib.
Papa XIV Leo çıxışında uşaqların, yaşlıların və xəstə insanların çəkdiyi əzablara diqqət çəkərək, bu faciənin dayandırılması üçün humanitar yardımların şərəfli şəkildə bölgəyə daxil olmasına icazə verilməsinin vacibliyini vurğulayıb. O, düşmənçiliklərin dayandırılması çağırışını da bir daha təkrarlayıb.