Məşhur amerikalı aktyor Corc Uendt 76 yaşında vəfat edib.
Manset.az xəbər verir ki, aktyorun ailəsi onun dünən səhər saatlarında evində yuxuda olarkən dünyasını dəyişdiyini açıqlayıb.
7 oktyabr 1948-ci ildə ABŞ-nin İllinoys ştatında anadan olan Uendt, 1982–1993-cü illərdə yayımlanan “Cheers” komediya serialında canlandırdığı Norm Peterson obrazı ilə tamaşaçıların rəğbətini qazanıb.
O, həmçinin “Forever Young”, “House” və “Fletch” kimi tanınmış filmlərdə rol alıb.
Uendt “Komediya serialında ikinci planda ən yaxşı aktyor” nominasiyasında ardıcıl altı dəfə Emmi mükafatına namizəd göstərilmişdi.