Prostat xərçəngi diaqnozu qoyulan ABŞ-nin keçmiş prezidenti Co Baydenin 12-18 ay ömrü qalıb.
Manset.az xəbər verir ki, bunu Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson “The Washington Free Beacon” (WFB) nəşrinə müsahibəsində deyib.
“Mənim ixtisasım deyil, amma bu məsələ çıxandan bəri bir sıra uroloqlarla danışmışam. Bu, 12-18 ay çəkə bilər”, - o bildirib.