Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.
Manset.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.
“Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi Moskva istiqamətində uçan daha 7 pilotsuz təyyarənin hücumunu dəf edib. Dağıntıların olduğu yerdə təcili yardım xidmətləri işləyir”, - o qeyd edib.