Torpaq sürüşməsi oldu - Ölənlər var

16:43 - 22 May 2025

Torpaq sürüşməsi oldu - Ölənlər var

Çinin müxtəlif bölgələrində yağan güclü yağışlar torpaq sürüşmələrinə səbəb olub. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisələr nəticəsində azı iki nəfər həyatını itirib, 19 nəfər isə itkin düşüb.

Hadisə ölkənin cənub-qərbində yerləşən Quizhou şəhərində baş verib.

Yerli səlahiyyətlilərin məlumatına görə, torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb, 19 nəfər barədə isə hələ də heç bir məlumat yoxdur. Axtarış-xilasetmə işlərinə əsgərlərin də daxil olduğu 400 nəfərlik heyət cəlb edilib.

Qeyd olunur ki, Qingyang kəndində baş verən sürüşmə nəticəsində 8 ev dağılıb və 19 nəfərin həmin evlərdə qapalı vəziyyətdə qaldığı ehtimal olunur.

Rəsmilər bölgədə yaxın günlərdə yeni torpaq sürüşmələrinin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Quizhou ilə yanaşı, Hunan və Jiangxi əyalətlərində də güclü yağışlara görə fövqəladə vəziyyət elan olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv