Dünyada ilk dəfə kütləvi istehsalı nəzərdə tutulan uçan avtomobil satışa çıxarılır.
Manset.az-ın məlumatına görə, Slovakiyada yerləşən Klein Vision şirkəti, "AirCar" adlı iki oturacaqlı uçan avtomobilini 2026-cı ilin ilk rübündə bazara çıxaracağını açıqlayıb.
Şirkət tərəfindən "yolda gedən təyyarə" kimi xarakterizə edilən bu texnoloji yenilik, cəmi 80 saniyəyə avtomobildən təyyarə moduna keçə bilir.
İlkin mərhələdə 100 ədəd istehsalı planlaşdırılan AirCar-ların satışına Avropa bazarında start veriləcək. Növbəti mərhələdə isə Asiya və Şimali Amerikaya ixracı nəzərdə tutulur.
Şirkətin gələcək planları sırasında 4 yerlik və amfibiya versiyalarının hazırlanması da var. Beləliklə, uçan avtomobil sektoru bir addım da reallığa yaxınlaşmış olur.