Çinin Quyçjou əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, cənub-qərb bölgəsində davam edən güclü yağışlar torpaq sürüşmələrinə səbəb olub. Hadisə nəticəsində daha iki nəfərin meyiti tapılıb və bununla da ölənlərin ümumi sayı 4-ə çatıb.
Rəsmilər hazırda 17 nəfərin itkin düşdüyünü və onların axtarış-xilasetmə işlərinin ordunun dəstəyi ilə davam etdirildiyini bildiriblər.
Qeyd edək ki, yerli hakimiyyət orqanları bölgədə hava şəraitinin dəyişkən olduğunu və növbəti günlərdə oxşar fəlakətlərin baş vermə riskinin yüksək olduğunu açıqlayıb. Əhaliyə ehtiyatlı olmaları tövsiyə olunub.