Pakistan və Hindistan qarşılıqlı hava məkanının bağlanmasını iyun ayına kimi uzadıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda “Dawn” məlumat yayıb.
Belə ki, Pakistan Hava Limanının İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını iyunun 24-dək, Hindistan isə Pakistan təyyarələri üçün iyunun 23-dək uzadıb.
Qeyd edək ki, aprelin 24-də Pakistan hava məkanını bir ay müddətinə bütün Hindistan aviaşirkətləri üçün bağlayıb. Pakistanın Hindistan hava məkanından istifadəsinə dair əvvəlki qadağa isə aprelin 30-dan mayın 23-dək qüvvədə idi.