Çində keçirilən texnologiya sərgisində maraqlı bir hadisə baş verib. İki insanabənzər robot xüsusi hazırlanmış arenada döyüşdürülüb.
Manset.az xəbər verir ki, bu barədə "Pressorbe"nin "X" hesabında paylaşım edilib.
Məlumata görə, robotlar xüsusi olaraq hazırlanmış ərazidə qarşı-qarşıya gətirilib. Süni intellektlə dəstəklənən robotların döyüşü yarmarkaya gələnlər tərəfindən maraqla izlənilib.