1 sentin tədavülü dayandırılır

12:32 - 25 May 2025

1 sentin tədavülü dayandırılır

Bu ilin sentyabrından etibarən 1 sent nominallı avro sikkələrin istehsalı və tədavülü dayandırılacaq.


Manset.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı (AMB) məlumat yayıb. 

Bank bu qərarını sikkənin maya dəyərinin nominal dəyərini üstələməsi ilə izah edib.

Qərarda göstərilir ki, avronun ən kiçik sikkəsinin dövriyyədən çıxarılması transaksiyaların asanlaşmasına və bankların işinin yüngülləşməsinə kömək edəcək. Vahid valyuta məkanında bundan sonra ən kiçik nominallı pul 5 sent olacaq. Sentyabrdan etibarən qiymətlər də tədricən 5 sentə uyğun yuvarlaqlaşdırılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv