Qazaxıstan hökuməti qazax işarə dilinin və daktil əlifbasının tanınması ilə bağlı işə başlamaq niyyətindədir.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Orda.kz məlumat yayıb.
Baş nazirin müavini Ermek Koşerbayev parlament sorğusuna cavabında bildirib:
“Beynəlxalq öhdəliklər, xüsusən də Əlillərin Hüquqları Konvensiyası çərçivəsində Qazaxıstan işarə dilinin rəsmi status aldığı ölkələrin təcrübəsini öyrənir. Bura Böyük Britaniya, Norveç, İspaniya, İsveç və digərləri daxildir”.
İşarə dillərinin və daktil əlifbalarının rəsmi tanınması ilə bağlı beynəlxalq təcrübənin təhlili üçün xarici ekspertlərin cəlb edilməsi planlaşdırılır.