Ata oğlunu öldürdü - FOTO

08:54 - 26 May 2025

Ata oğlunu öldürdü - FOTO

Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib.


Manset.az-ın əldə etdiyi məlumata görə, ata ilə oğlu arasında mübahisə ölümlə nəticələnib.

Əldə edilən məlumata görə, bir müddətdir oğlu ilə problem yaşayan Əli T. (60) oğlu Barış T.-ni (25) danışmaq üçün evinin yaxınlığındakı boş əraziyə çağırıb. Bir müddət sonra ata və oğul arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı Əli T. yanında olan bıçaqla oğluna bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk edib.

Yaxınlıqdakı parkda boş sahədən gələn səsləri eşidən vətəndaşlar Barış T.-ni yerdə qan içində tapdılar.

Hadisə ilə bağlı məlumat verildikdən sonra qeyd olunan ünvana sağlamlıq və polis qrupları göndərilib.

Yoxlamalar zamanı  gəncin bədənində aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində həyatını itirdiyi müəyyən edilib.

Oğlunun həyatına çoxsaylı bıçaq zərbələri ilə son qoyduqdan sonra hadisə yerini tərk edən Əli T. də eyni küçədəki iqamətgahında Cinayət Bürosu qrupları tərəfindən yaxalanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv