65 ildən sonra ilk dəfə dünya çempionu oldu

13:39 - 26 May 2025

65 ildən sonra ilk dəfə dünya çempionu oldu

İsveç və Danimarkada xokkey üzrə dünya çempionatı başa çatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Stokholmda baş tutan final İsveçrə və ABŞ komandaları arasında keçirilib. 

Amerikalılar 1:0 hesabı ilə qalib gələrək 65 ildən sonra ilk dəfə dünya çempionu olublar. 

Qeyd edək ki, ABŞ komandası sonuncu dəfə 1960-cı ildə Dünya Kubokunu qazanıb.

Əlavə vaxtda yeganə qolu əlavə vaxtın 3-cü dəqiqəsində topu qapıdan keçirən Tage Tompson vurub.

Yarımfinalda amerikalılar İsveç komandasını 6:2, isveçrəlilər isə Danimarkanı 7:0 hesabı ilə məğlub ediblər. 

İsveç Danimarkanı 6-2 hesabı ilə məğlub edərək turniri üçüncü pillədə başa vurub.

Bütün xokkey turnirlərinin favoriti olan Kanada yığması danimarkalılara uduzaraq 1/4 finalda mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az