Bu şəxslərin sosial şəbəkədən istifadəsi qadağan ediləcək

17:28 - 26 May 2025

Bu şəxslərin sosial şəbəkədən istifadəsi qadağan ediləcək

ABŞ-nin Texas ştatında yeni qanun layihəsi 18 yaşına çatmayan şəxslərin sosial media platformalarından istifadəsini qadağan etməyi hədəfləyir.


Manset.az-ın əldə etdiyi məlumata görə, layihəyə əsasən, sosial media şirkətləri istifadəçilərin yaşını yoxlamağa məcbur ediləcək. Bundan əlavə, valideynlərə öz övladlarının sosial media hesablarını bağlamaq hüququ veriləcək.

Əgər hesablar bağlanmazsa, şirkətlər "aldadıcı kommersiya təcrübələri" çərçivəsində cinayət məsuliyyəti ilə üzləşə bilərlər. Bu halda dövlət prokurorluğu şirkətlərə qarşı həm cərimə tətbiq edə, həm də kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az