HƏMAS ABŞ-nin atəşkəs təklifini qəbul etdi

17:58 - 26 May 2025

HƏMAS ABŞ-nin atəşkəs təklifini qəbul etdi

HƏMAS ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun (Steve Witkoff) Qəzza zolağında atəşkəsə dair təklifini qəbul edib.


Manset.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, təklifə 70 günlük atəşkəs və Qəzzada saxlanılan 10 israilli girovun azad edilməsi daxildir. Tərəflər arasında danışıqların ABŞ-nin zəmanəti ilə davam etdirilməsi və nəticə olaraq davamlı sülhə nail olunması nəzərdə tutulur.

Hazırda təklifin reallaşması və növbəti mərhələlər üzrə danışıqların detalları üzərində iş aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az