27 nəfərlik avtobusda 8 nəfər sağ qaldı - Dəhşətli qəza

08:42 - 27 May 2025

27 nəfərlik avtobusda 8 nəfər sağ qaldı - Dəhşətli qəza

Nigeriyanın Kogi ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfər həyatını itirib, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə məlumatı Nigeriya Milli Yol Təhlükəsizliyi İdarəsinin Kogi ştatı üzrə direktoru Kumar Tsukvam yerli mediaya açıqlamasında verib.

Onun sözlərinə görə, yüksək sürətlə hərəkət edən sərnişin avtobusu qarşıdan gələn yük maşını ilə toqquşub.

Qəza nəticəsində həlak olanlar arasında 5 uşaq da var.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv