Əyləncə mərkəzinə hücum edildi - Yaralananlar var

10:00 - 27 May 2025

Əyləncə mərkəzinə hücum edildi - Yaralananlar var

İstanbulun Kağıthane rayonunda yerləşən əyləncə mərkəzinə qumbara hücumu təşkil edilib.



Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

lkin məlumatlara görə, əyləncə məkanı kimi fəaliyyət göstərən beşmərtəbəli binanın ikinci mərtəbəsinə motosikletdə olan naməlum iki şəxs tərəfindən əl qumbarası atılıb.

Partlayış nəticəsində ətrafda olan insanlardan 7 nəfər xəsarət alıb, onlardan 3-ü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə dərhal təcili tibbi yardım, polis,  xüsusi əməliyyat qrupları, terrorla mübarizə və yanğınsöndürmə briqadaları cəlb olunub.

Əraziyə təhlükəsizlik çəpərləri çəkilib, hadisə yeri mütəxəssislər və xüsusi təlim keçmiş itlərin iştirakı ilə araşdırılıb. 

Qeyd edək ki, hadisə ilə bağlı genişmiqyaslı əməliyyat başladılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv