Tramp Harvardın 3 milyard dollarlıq ianəsini biznes məktəblərinə yönəltmək niyyətindədir.
Manset.az-ın əldə etdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Harvard Universitetinə ayrılan 3 milyard dollarlıq ianə vəsaitinin geri alınaraq ölkə üzrə fəaliyyət göstərən biznes məktəblərinə yönəldilməsini planlaşdırdığını bildirib.
Bu barədə Tramp sosial şəbəkədə paylaşım edərək qeyd edib: “Çox antisemit olan Harvarddan 3 milyard dollarlıq qrantı götürüb, ölkəmizin hər yerindəki ticarət məktəblərinə vermək niyyətindəyəm”.
Prezident həmçinin vurğulayıb ki, bu məbləğ ABŞ üçün böyük bir investisiyadır və ölkənin bu vəsaitə ciddi ehtiyacı var.