Avropada Tesla satışları kəskin azaldı

11:16 - 27 May 2025

Avropada Tesla satışları kəskin azaldı

Avropa İttifaqı (Aİ) ölkələrində "Tesla" markalı avtomobillərin satışları azalmağa davam edir.



Manset.az-ın əldə etdiyi məlumata görə, bu ilin aprel ayında Tesla satışları ötən ilin eyni dövrü ilə müqayisədə 52,6 faiz azalaraq 11 540-dan 5 475 ədədə düşüb.

Aprel ayında Aİ ölkələrində yeni avtomobil satışlarında "Tesla"nın payı da azalıb – ötən ilin eyni ayında 1,3 faiz olan bazar payı bu il 0,6 faizə enib.

Yanvar-aprel dövrünü əhatə edən statistikaya əsasən, "Tesla"nın satışları ötən ilin analoji dövrü ilə müqayisədə 46,1 faiz azalaraq 77 314-dən 41 677 ədədə düşüb. Bu müddət ərzində şirkətin Aİ bazarındakı ümumi payı 2,1 faizdən 1,1 faizə geriləyib.

Bundan əlavə, Avropa Azad Ticarət Assosiasiyasına (EFTA) üzv olan İsveçrə, Norveç, İslandiya və Böyük Britaniya da daxil olmaqla ümumi Avropa bazarında da satışlar ciddi azalma ilə müşahidə olunub. Belə ki, aprel ayında satışlar 49 faiz azalaraq 7 261 ədəd, yanvar-aprel dövründə isə 38,8 faiz geriləmə ilə 61 320 ədəd təşkil edib.

Mütəxəssislər Tesla satışlarındakı bu azalmada şirkətin rəhbəri İlon Maskın son dövrlərdəki mübahisəli davranışlarının da rol oynadığını qeyd edirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv