Məşhur aktrisa vəfat etdi - FOTO

12:14 - 27 May 2025

Məşhur aktrisa vəfat etdi - FOTO

 Yeşilçam dövrünün tanınmış aktrisası Dövlət Devrim 81 yaşında dünyasını dəyişib.



Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə məlumat fondun rəsmi sosial media hesabında paylaşılıb. 

Açıqlamada bildirilir: “Türk kinosunun Qara Muncuqunu, bənövşəyi gözlü aktyor Devlet Devrimi itirdik. Çox üzgünük. Başsağlığı veririk.”

Əsl adı Dövlət Muhsin olan sənətçi 1944-cü ildə Misirin İsgəndəriyyə şəhərində dünyaya gəlib. O, 1962-ci ildə "Səs" jurnalının keçirdiyi qapaq ulduzu yarışmasında qalib gələrək kino dünyasına qədəm qoyub.

Devrim kino karyerasına 1963-cü ildə rejissor Ümit Utkunun çəkdiyi və baş rollarında Orhan Günşiray ilə Nebahat Çehrenin yer aldığı “Çiçəksiz Bağ” filmi ilə başlayıb. O, 1969-cu ilə qədər 80-ə yaxın filmdə rol alaraq Yeşilçam dövrünün ulduz aktyorlarından birinə çevrilib.

Bir müddət müğənniliklə də məşğul olan sənətçi, 1971-ci ildə ailə həyatı qurduqdan sonra həm aktyorluqdan, həm də səhnədən uzaqlaşıb. Lakin 1999-cu ildə Attila İlhanın eyniadlı romanı əsasında ekranlaşdırılan “Kurtlar Sofrası” serialında müğənni Arap Zehra obrazı ilə tamaşaçı qarşısına qayıdıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv