Robotlar arasında döyüş çempionatı keçirildi

13:32 - 27 May 2025

Robotlar arasında döyüş çempionatı keçirildi

Çinin Hançjou şəhərində robototexnika sahəsində maraqlı hadisə baş verib.



Manset.az-ın əldə etdiyi məlumata görə, burada keçirilən robototexnika üzrə dünya çempionatı çərçivəsində insanabənzər robotlar rinqə çıxaraq döyüşüblər.

Qarşılaşmalar sanki real döyüş səhnələrini xatırladıb. Əvvəlcə qarmaq, sonra sərt təpik… Robot döyüşçülər qələbə qazanmaq üçün əllərindən gələni ediblər. Lakin bu dəfə rinqdəki qəhrəmanlar insanlar yox, onların metal və süni zəka ilə təchiz olunmuş analoqları olub.

Yarışlarda ümumilikdə 4 komanda iştirak edib. Hər bir robot öz komandasının mühəndisləri tərəfindən uzaqdan idarə olunub. Rəqiblər arasında baş verən döyüşlər yüksək texnologiyanın gücünü nümayiş etdirib və iştirakçılarla yanaşı tamaşaçılarda da böyük maraq yaradıb.

Gərgin və həyəcanlı mübarizənin sonunda “Ay strateq” komandası yarışın qalibi olub. Onların robotu döyüş meydanında həm taktiki, həm də texniki üstünlüyü ilə fərqlənib.

Mütəxəssislər hesab edir ki, bu cür yarışlar robot texnologiyalarının inkişafı, süni intellektin tətbiqi və gələcəkdə sülh və sənaye məqsədli robotların hazırlanmasına töhfə verə bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv