Qeyri-adi adlara qadağa - Yeni qaydalar tətbiq edilir

14:04 - 27 May 2025

Qeyri-adi adlara qadağa - Yeni qaydalar tətbiq edilir

Yaponiyada yeni doğulan körpələrə verilən qeyri-adi adların yaratdığı inzibati çətinliklər səbəbilə hökumət adlara nəzarəti sərtləşdirir.



Manset.az-ın əldə etdiyi məlumata görə, yeni qanun dəyişikliklərinə əsasən, valideynlər artıq övladlarına istənilən ad verə bilməyəcəklər. Məqsəd məktəblər, xəstəxanalar və digər ictimai xidmətlərdə baş verən çaşqınlıqların qarşısını almaqdır.

Yaponiyada son illərdə “kirakira” (parlaq və ya parıltılı mənasını verən) adlandırılan qeyri-adi adların artması yerli idarəetmədə problemlərə səbəb olub. Belə adların tələffüzünün qeyri-standart və ya birmənalı olmaması, rəsmi sənədlərdə uyğunsuzluqlara yol açır.

Yeni dəyişikliklərə görə, valideynlər övladlarına ad verdikdə həmin adların tələffüzü barədə yerli hakimiyyət orqanlarını dəqiq məlumatlandırmalı olacaqlar. Ailənin qeydiyyatı haqqında qanuna edilən dəyişikliklər yazılı Yapon dilində istifadə olunan Çin mənşəli "kanji" simvollarının özünü qadağan etmir. Lakin yalnız rəsmi şəkildə tanınan təxminən 3,000 kanji simvoluna və onların qəbul olunmuş oxunuşlarına icazə veriləcək.

“The Guardian” qəzetinin yazdığına görə, Yapon hökuməti bu addımı qeyri-adi adların cəmiyyət içində çaşqınlığa və anlaşılmazlıqlara səbəb olduğu hallar fonunda atıb.

Hazırda qanun layihəsinin təsdiq mərhələsində olduğu və yaxın aylarda qüvvəyə minəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv