Rusiya-Ukrayna müharibəsində ümumi itkilərin SAYI

00:30 - 28 May 2025

Rusiya-Ukrayna müharibəsində ümumi itkilərin SAYI

Rusiya-Ukrayna münaqişəsində hər iki tərəfdən itkilərin sayı 1,2 milyon nəfərdən çoxdur.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalına müsahibəsi zamanı bildirib.

“Bu münaqişəni mümkün qədər tez bitirmək lazımdır, prezident Tramp bunun üzərində daim işləyir. Döyüşlər zamanı itkilərin ümumi sayı 1,2 milyon nəfər təşkil edib”, - xüsusi nümayəndə qeyd edib.

Bundan əlavə, Kelloq vurğulayıb ki, bu itkilərin sayı “İkinci Dünya Müharibəsi zamanı öldürülən Amerika əsgərlərinin miqyasını əhəmiyyətli dərəcədə üstələyir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv