Hakan Fidan sabah Ukraynaya gedəcək

15:55 - 28 May 2025

Hakan Fidan sabah Ukraynaya gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 29-30-da Kiyevdə danışıqlar aparacaq. 


Manset.az xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə açıqlayıb. 

XİN rəhbərinin Ukrayna lideri Volodimir Zelenski tərəfindən qəbul ediləcəyi gözlənilir. 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Almaniyaya səfər edib. Ukrayna lideri Almaniya Kansleri Fridrix Merzlə görüşüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv