İranın cənub-şərqində yerləşən Kirman əyalətində zəlzələ qeydə alınıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, yerli vaxtla saat 01:00-da Jirovt rayonunun Boluk qəsəbəsi ərazisində 5,1 bal gücündə yeraltı təkanlar baş verib. Zəlzələnin ocağı yerin 8 kilometr dərinliyində yerləşib.
Hadisə yerinə operativ qruplar göndərilib.
İlkin məlumatlara əsasən, dağıntı və insan tələfatı qeydə alınmayıb.