Kanadada meşə yanğınları - 17 min nəfər təxliyə edildi

11:51 - 29 May 2025

Kanadada meşə yanğınları - 17 min nəfər təxliyə edildi

Kanadanın Manitoba əyalətində şiddətli meşə yanğınları səbəbilə fövqəladə vəziyyət elan olunub.


Manset.az-ın əldə etdiyi məlumata görə, 17 min nəfərin təhlükəsizlik məqsədilə bölgədən təxliyəsi həyata keçirilir.

Məlumata əsasən, Manitoba əyalətinin Baş naziri Vab Kinew məsələ ilə bağlı açıqlamasında, “Meşə yanğınlarının genişlənməsi səbəbilə hökumət fövqəladə vəziyyət elan edib,” – deyə bildirib.

O, həmçinin qeyd edib ki, təxliyə tədbirlərinə hərbi dəstəyin göstərilməsi üçün Kanada Baş naziri Mark Karnidən yardım istənilib.

Fəlakətin ən çox təsir etdiyi ərazilərdən biri olan "Whiteshell" əyalət parkında, yanğınlar nəticəsində iki nəfərin həyatını itirdiyi bildirilib. Qeyd edək ki, adıçəkilən park Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən qorunan ərazi statusu daşıyır.

Hazırda ərazidə yanğınsöndürmə və təxliyə işləri davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv