Şagirdini döyən müəllim həbs olundu - FOTO

12:35 - 29 May 2025

Şagirdini döyən müəllim həbs olundu - FOTO

Türkiyənin Şanlıurfa şəhərində 10 yaşlı şagirdini döyən müəllim həbs edilib.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, hadisə Karaköprü rayonundakı Şərifə Özden Başarı Orta Məktəbində baş verib.

Məlumata görə, A.K. adlı müəllim 5-ci sinif şagirdi M.S.-ni sinif otağında döyüb. Yaralanan uşaq xəstəxanaya aparılıb, müəllim isə polis tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Şanlıurfa Valiliyi hadisə ilə bağlı açıqlama yayaraq bildirib ki, insidentlə bağlı inzibati araşdırma başlanıb, müfəttiş təyin olunub və müəllim vəzifəsindən uzaqlaşdırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv